NATO-nun F-16 qırıcısı RF müdafiə naziri, ordu generalı Sergey Şoyqunun təyyarəsinə yaxınlaşıb, amma Rusiyaya məxsus Su-27 qırıcısı onu geri dönməyə məcbur edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə təyyarənin göyərtəsində olan nazir bildirib.
NATO təyyarələri RF müdafiə nazirinin Baltik dənizinin neytral suları üzərindən keçərək Kalininqrada uçan təyyarəsinə yaxınlaşmağa cəhd ediblər. Müdafiə nazirinin olduğu dəniz aviasiyasını Su-27 təyyarəsindən ibarət eskort müşayiət edib.
NATO təyyarələrindən biri nazirin təyyarəsinə yaxınlaşıb, amma iki təyyarə arasında olan məsafəyə Rusiyaya məxsus qırıcı keçib. Su-27 qanadlarını “çırparaq” silahını göstərib, bundan sonra F-16 geri dönüb.
N.O.
www.oxu.az