Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nazir Yerlikaya qanunsuz aksiyalarda yaralanan polislərin və saxlanılanların sayını açıqladı
"Türkiyə boyu keçirilmiş qanunsuz nümayişlərdə 123 polis əməkdaşı yaralanıb".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, aksiya iştirakçılarından turşu (kislota), daş, dəyənək, fişəng, "Molotov kokteyli", balta və bıçaq ələ keçirilib:
"Martın 19-dan 23-dək keçirilən qanunsuz aksiyalarda 1 133 şübhəli saxlanılıb. Onlardan 12-nin müxtəlif terror təşkilatları ilə bağlı olduğu müəyyən edilib".
Anayasa’mızın 34. Maddesi: “Herkes önceden izin almadan, SİLAHSIZ ve SALDIRISIZ toplantı ve gösteri yürüyüşü düzenleme hakkına sahiptir.
— Ali Yerlikaya (@AliYerlikaya) March 24, 2025
Toplantı ve gösteri yürüyüşü hakkı ancak, millî güvenlik, kamu düzeni, suç işlenmesinin önlenmesi, genel sağlığın ve genel ahlâkın veya…