Boris Nemtsovun qətlinin şahidi Anna Duristkaya bildirib ki, cinayətkarı görməyib, belə ki, o, onun arxasında olub.
Oxu.Az xəbər verir ki, bu barədə Duritskaya “Dojd” telekanalına müsahibəsində bildirib.
“Mən bilmirəm o haradan çıxdı. O, mənim arxamda idi”, - Duritskaya deyib.
Onun sözlərinə görə, arxaya çevriləndə o, açıq rəngli avtomobil görüb.
Duritskaya deyib ki, qar təmizləyən maşının sürücüsündən xahiş edib ki, polisə zəng vursun.
“O, mənə telefon nömrəsi verdi və mən cinayətin törədildiyi yerə getdim. Polis təxminən 10 dəqiqə sonra gəldi”, - o, əlavə edib.
Duritskaya qeyd edib, bundan sonra onu bölməyə aparıblar.
www.oxu.az