Nepalı Çinlə birləşdirən körpünün daşqın səbəbindən uçması nəticəsində 18 nəfər itkin düşüb.
Oxu.Az bu barədə "The Kathmandu Post" nəşrinə istinadən məlumat verib.
İtkin düşənlər arasında üç polis əməkdaşı, doqquz yerli sakin və altı Çin vətəndaşı var.
Daşqın nəticəsində körpünün yaxınlığında yerləşən gömrük idarəsi yararsız hala düşüb, sel doqquz yük konteynerini aparıb.