Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Netanyahu Avropanı İrana qarşı sanksiyalara qoşulmağa çağırdı
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini alqışlayıb və Avropa ölkələrini də eyni addımı atmağa çağırıb.
Oxu.Az xəbər verir ki, Birləşmiş Ştatların nüvə sazişini tərk etməsi ilə səciyyələnən sanksiyaların ilk hissəsi avqustun 6-dan 7-nə keçən gecə (Bakı vaxtı ilə saat 08:00-da) bərpa olunacaq və dərhal da qüvvəyə minəcək.
İranın energetika sahəsinə və neft sazişlərinə yönələn sanksiyaların ikinci paketi isə noyabrın 5-də reallaşacaq.
“Donald Trampın və Amerika administrasiyasının İrana qarşı sanksiyaların tətbiq edilməsi haqqında qərarını alqışlayıram. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün çox vacibdir.
Qərar İranın regional təcavüzünü dayandırmağa və nüvə silahı əldə edilməsinə hesablanan planlarının qarşısını almağa dair qətiyyətliyi nümayiş etdirir.
İranın dayandırılması haqqında söz açan Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Danışıq dövrü bitdi, artıq əməl zamanıdır. ABŞ-da belə edirlər, Avropada da belə etmək lazımdır”, - Netanyahu bəyan edib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər