Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Netanyahu fələstinliləri öldürən əsgərləri müdafiə etdi
Qəzza zolağında fələstinli etirazçıların dağıdılması məqsədi ilə gücün tətbiq olunması dövlət sərhədinin mühafizəsi üçün vacib ölçüdür.
Oxu.Az xəbər verir ki, bunu İsrail baş naziri Binyamin Netanyahu “Twitter” səhifəsində bildirib.
“Hər bir dövlət öz sərhədlərini müdafiə etməyə borcludur. Terrorçu “Həmas” qruplaşması İsraili məhv etmək, sərhəd divarını aşmaq üçün minlərlə insanı öldürmək niyyətində olduğunu bildirir.
Biz öz suverenliyimizi və vətəndaşlarımızı qorumaq üçün qətiyyətli addımlar atmağa davam edəcəyik”, - deyə Netanyahu bildirib.
F.M.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər