Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qəzzada iğtişaşlarda ölənlərin sayı artır - YENİLƏNİB + FOTO
Qəzza-İsrail sərhədində baş verən toqquşamlarda israilli əsgərlərinin açdığı atəşdən ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC Fələstinin səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.
Yaralıların 2200 nəfərdən çox olduğu bildirilir.
Qeyd edək ki, fələstinlilərin “Böyük qayıdış” yürüşü çərçivəsində keçirilən etirazlarda son altı həftə ərzində 100-dən çox insan həlak olub.
17:07
Qəzzada baş verən toqquşmalarda ölənlərin sayı 37 nəfərə çatıb.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, yaralıların sayı mini keçib.
15:47
ABŞ-ın Qüdsdəki səfirliyinin açılmasına saatlar qalmış İsraillə Qəzza sektoru arasındakı ərazidə etiraz aksiyaları başlayıb. Aksiyalarda baş verən toqquşmalarda yeddi fələstinli həlak olub, 500 nəfər yaralanıb.
Oxu.Az bununla bağlı “Hürriyət” qəzetinə istinadla xəbər verir.
İsrail əsgərləri etirazçılara atəş açıb. 20-dən çox fələstinli güllə yarası alıb.
Şahidlərin sözlərinə görə, bir neçə fələstinli sərhəd keşikçilərinə bıçaqla hücum edib. Etirazçılar avtomobil şinlərini yandırıblar.
Bu gün Qəzza sektorunda geniş etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Onlar ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz edirlər. Aksiyalara bir milyondan çox insanın qoşulacağı bildirilib.
"Fələstin" teqi üzrə xəbərlər
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
- Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"
Rəylər