Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Netanyahu hərbi aviabazanı ziyarət edərək qələbə yolunda olduqlarını bildirdi
İranla davam edən qarşıdurma şəraitində İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Tel-Nof aviabazasını ziyarət edib.
Oxu.Az bu barədə İsrail mətbuatına istinadla xəbər verir.
Məlumata görə, onunla birlikdə İsrailin müdafiə naziri İsrael Kats və İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir də olub.
Hərbçilərlə və komanda heyəti ilə görüşən Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin Tehranın hava məkanına nəzarət etdiyini bildirib.
O bunun hərbi əməliyyatın bütün gedişatını dəyişdiyini söyləyib:
"İsrail ordusunun əməliyyatı iki başlıca məqsədin nail olunmasını yaxınlaşdırır - nüvə və raket təhlükəsinin aradan qaldırılması. Qələbəyə gedən yoldayıq".
"Benyamin Netanyahu" teqi üzrə xəbərlər
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- Avropa İttifaqı İsraillə münasibətləri dayandıra bilər
- İran liderinin müşaviri Trampı qarnına dron zərbəsi ilə hədələdi
- Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb
- Pezeşkian İranın Trampı öldürmək istədiyi iddialarına cavab verdi