Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

SEPAH: "İran İsrailə qarşı zərbələrdə hələ bütün raket potensialından istifadə etməyib"
İran Silahlı Qüvvələri İsrailə qarşı son hücumlarda hələ bütün raket potensialından istifadə etməyib.
Oxu.Az-ın məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin elit hissələri sayılan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Əhməd Vahidi "Tasnim" agentliyinə müsahibəsində bəyan edib.
"Biz strateji raket potensialımızdan hələ tam istifadə etməmişik. Nə vaxt lazım bilsək, döyüş meydanına müasir texnikamızı çıxaracağıq. Yeni nəsil raketlər isə bunun yalnız bir hissəsidir", - deyə o qeyd edib.
Əhməd Vahidi İranın raket ehtiyatlarının tükənmək üzrə olduğu barədə iddiaları da təkzib edərək, deyilənlərin həqiqətə uyğun olmadığını vurğulayıb.
"İsrailin İrana hücumu" teqi üzrə xəbərlər
- İsrailin hücumundan sonra İranda 50 nəfərə cinayət işi açılıb
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
- Aleksandr Kurenkov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
- Tehranın ABŞ istehsalı bomba ilə vurulma görüntüləri - ANBAAN VİDEO