"İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil, lakin onun nəticəsi ola bilər".
Oxu.Az verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu "Kan" dövlət teleradio şirkətinə müsahibəsində deyib.
"Əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır, ikincisi, Tehranın ballistik raketləri təhlükəsini aradan qaldırmaq lazımdır.
Eyni zamanda, İran rejiminin qeyri-sabit olacağı da aydındır. İranda hakimiyyətin devrilməsi məqsəd deyil, lakin onun nəticəsi ola bilər. Bu, İran xalqının işidir", - deyə Netanyahu vurğulayıb.