Klublararası dünya çempionatının A qrupunda Palmeyras" (Braziliya) və "Əl-Əhli" (Misir) komandalarının qarşılaşdığı 2-ci turun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, görüş Metlayfda (İst-Rateford, ABŞ)) baş tutub.
Oyun Braziliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə "Palmeyras" qrupda xal ehtiyatını dördə yüksəldib. "Əl-Əhli", "Portu" və "İnter Mayami"nin aktivində bir xal var.
Klublararası dünya çempionatının A qrupunda yarımçıq dayandırılmış "Palmeyras" - "Əl-Əhli" oyunu bərpa olunub.
Oxu.Az xəbər verir ki, qarşılaşma 40 dəqiqəlik fasilədən sonra davam etdirilib.
Oyun əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Hazırda hesab 2:0 "Palmeyras"ın xeyrinədir.
Klublararası dünya çempionatının A qrupunda "Palmeyras" (Braziliya) və "Əl-Əhli" (Misir) komandalarının qarşılaşdığı 2-ci turun oyunu yarımçıq dayandırılıb.
Oxu.Az xəbər verir ki, Metlayfda (İst-Rateford, ABŞ) keçirilən görüşdə hakim əlverişsiz hava şəraiti səbəbindən oyunu dayandırıb.
Qalın bulud örtüyünün yaxınlaşması və qasırğa təhlükəsi səbəbindən azarkeşlərdən arenanı tərk edərək sığınacaq tapmaq tələb olunub.
Matç 62-ci dəqiqədə dayandırılıb və hesab 2:0 "Palmeyras"ın xeyrinə olub.
Oyun qeyri-müəyyən müddətə təxirə salınıb.