Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Netanyahu İranı nüvə silahını terrorçulara ötürməkdə ittiham edib
"İran nüvə silahını terrorçu qruplaşmalara ötürməyi planlaşdırırdı".
Oxu.Az "ArbatMedia"ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu, nüvə terrorizmi olacaq və bütün dünyanı təhdid edəcəkdi.
"Özümüzü müdafiə etməklə biz başqalarını da müdafiə edirik: ərəb qonşularımızı, dünyadakı dostlarımızı, Avropanı və əlbəttə ki, bizi dəstəkləyən ABŞ-ni. Bu, bütün bəşəriyyət üçün əhəmiyyətli olan bir missiyadır.
Onu da deyim ki, bizdə məlumat var ki, İranda yüksəksəviyyəli liderlər artıq əşyalarını yığırlar. Onlar qarşıdan nəyin gəldiyini hiss edirlər", - İsrailin baş naziri bildirib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib