Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Netanyahu təcili iclas keçirib: İsrail İrana qabaqlayıcı zərbə endirə bilər
İsrail rəhbərliyi Tehrandan hücum olacağı təqdirdə, İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, avqustun 4-də axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib.
Görüş zamanı belə bir nəticə əldə olunub ki, qabaqlayıcı tədbirlər yalnız İranın hücumu ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əmin olduqdan sonra mümkün ola bilər.
"İran-İsrail münasibətləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər