Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nigerdən Fransaya qadağa: Nazir sərt bəyanat verdi
"Niger hakimiyyəti Parisin dövlətin yeni rəhbərliyini hələ də tanımaması kontekstində çətin ki, fransız şirkətlərinə öz ərazilərində uran hasilatı aparmağa icazə versin".
Oxu.Az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri Afrika ölkəsinin dağ-mədən sənayesi naziri Usman Abarçi Soçidə keçirilən "Rusiya-Afrika" Tərəfdaşlıq Forumunun birinci nazirlər konfransı çərçivəsində deyib.
"Fransız şirkətlərinə gəlincə, Fransa dövləti öz rəhbəri vasitəsilə bəyan edib ki, Nigerin indiki hakimiyyətini tanımır. Bir ildən çox vaxt keçməsinə baxmayaraq, bu, dəyişmədi. Sizcə, mümkündürmü ki, biz, Niger dövləti fransız şirkətlərinin təbii sərvətlərimizin hasil olunmasına davam etmələrinə icazə verək?" - deyə Abarçi bildirib.
O əlavə edib ki, hazırda yalnız bir uran yatağı fəal şəkildə işlənməkdədir.
"Söhbət Arlidə uranla işləyən "Somair" şirkətindən gedir. Həmçinin CNNC Çin şirkəti var ki, onun hasilat sahəsi hələ aktiv deyil, lakin tezliklə işini bərpa edəcək. Nəhayət, "Somida" şirkəti hazırda Dasada uranın hasilatı mədəninin tikintisini həyata keçirir. Bu müəssisə digər iki şirkətlə birgə yaradılıb: Kanadanın "Global Atomic" və Nigerin "SOPAMIN" şirkəti", - deyə nazir qeyd edib.
Xatırladaq ki, konfrans noyabrın 9-dan 10-dək Soçinin Adler sərhədləri yaxınlığında yerləşən Sirius federal ərazisində keçirilib.