Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nigeriyada yanacaqdaşıyan avtomobil partladı: Azı 70 nəfər yanaraq öldü
Nigeriyanın qərbində yanacaq tankerinin partlaması nəticəsində azı 70 nəfər həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, faciə yol-nəqliyyat hadisəsi və ardınca yanacağın dağılması nəticəsində baş verib.
Fövqəladə hadisə Niger əyalətində magistral yolda yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Təxminən 60 tona yaxın yanacaqdaşıyan avtomobil qəzaya uğrayaraq aşıb. Daha sonra digər analoji avtomobil yaxınlaşaraq aşan maşının çənindəki yanacağı öz çəninə doldurmağa başlayıb.
Ətrafa toplaşan insanlar da yerə dağılan yanacağı toplamağa çalışıblar və bu zaman partlayış baş verib.
"Nigeriya" teqi üzrə xəbərlər
- Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
- Vaşinqtona uçan təyyarə təcili eniş etdi: 40-a yaxın şəxs xəsarət aldı
- Nigeriyada dəhşətli cinayət: Ruhani müğənninin çantasında gənc qızın kəsilmiş başı tapıldı
- Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub
- Nigeriyada kilsə izdihamı: Azı 10 nəfər ölüb
Ən çox oxunanlar
Rəylər