Gürcüstan parlamentinin sabiq spikeri, hal-hazırda müxalifət liderlərindən biri olan Nino Burcanadzenin fikrincə, Krım heç vaxt Ukraynanın tərkib hissəsi olmayacaq.
Bu barədə Oxu.Az İnterfax-a istinadən xəbər verir.
“Krım - Rusiyanın bir hissəsidir. Mən Krımın nə vaxtsa Ukraynanın tərkib hissəsi olacağına inanmıram. Fikirləşmirəm ki, Krım əhalisi Rusiyaya birləşməsi haqqda referendumda məcburən səs veriblər”, - gürcüstanlı siyasətçi jurnalistlərə açıqlamasında deyib.