Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, terrorçu-kamikadze paytaxt otellərinin birinin yanında özünü minalanmış avtomobildə partladıb.
Terror aktı nəticəsində ən azı 4 nəfər ölüb. İlkin məlumata görə, terrorçuun “Əş-Şəbab” qruplaşması ilə əlaqəsi var.
Xatırladaq ki, aprel ayında “Əş-Şəbab” terror təşkilatının döyüşçüləri Keniyanın şimalında Qarissa şəhərində universitetə basqın edərək 148 nəfəri öldürmüşdülər.