Ümumdünya İslam Missiyasının məscidinə ünvanlanmış elektron məktubda anonim təşkilat Norveçdəki bütün məscidləri yandırmaqla hədələyib.
Oxu.Az İslam.com-a istinadən xəbər verir ki, Norveçin radikal təşkilatları ölkədə bütün məscidləri yandırmağa səsləyiblər.
“2013-cü ilin sonunadək Norveçdəki bütün məscidləri yandıracağıq”, - deyə, hələlik adını açıqlamayan təşkilatın bəyanatında deyilir. Bundan başqa, qeyd olunur ki, bu aksiya 7 il ərzində hazırlanıb.
Öz növbəsində bəzi müsəlman liderlər, o cümlədən də “Camaat-ül-sünnət”in Norveç filialının sədri Qulam Sərvər bunu ciddi qəbul etməyərək, həmin şəxslərin dəli olduğunu düşünür.
Qeyd edək ki, Norveçin 4,5 milyon əhalisinin 150 min nəfəri müsəlmandır, ölkədə 90-a yaxın müsəlman təşkilat və islam mərkəzləri var.