Perekestulen Norveçin Forsand vilayətinin ən məşhur yerlərindən biridir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ildə minlərlə turistin ziyarət etdiyi və onlara möhtəşəm görüntü bəxş edən qayalığın başına uşaqla gəlmək məsləhət olunmur.
Lakin turistlərdən biri bura nəinki uşaqla gəlib, hətta onu təkbaşına buraxması ilə qınaq mənbəyinə çevrilib. Belə ki, həmin an fotokameraya həkk olunub. Şəkildə aydın görsənir ki, körpə sadəcə bir və ya bir metr yarım uçurumdan kənarda iməkləyir. Körpənin valideynləri olduğu güman olunan şəxslər isə heç nədən narahat olmayaraq onun şəklini çəkirlər. Onlardan heç biri uçuruma uşaq qədər yaxın deyil.
Məsələnin ictimai qınaq olması fotoqrafın tviti ilə başlayıb. O tvit ataraq bunları deyib: “Məncə onlar uşağı böyük təhlükəyə atıblar. Körpə asanlıqla uçurumdan yuvarlana bilər və siz bunun nə zaman baş verə biləcəyini heç vaxt bilməzsiz. Bu, inanılmazdır”.
Burada uşağın təkbaşına edə biləcəyi tək hərəkət onun 579 metr (1900 fut) hündürlükdən yuvarlanması ilə bədbəxt hadisəyə səbəb ola bilərdi.
Şəkil internetdə yayılıb, valideynlərin məsuliyyətsizliyi ictimai qınağa səbəb olduqdan sonra xəbər agentliklərində də yer alıb.