Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Norveçdə qatarların hərəkəti tamamilə dayandırılıb
Dekabrın 25-də Norveçdə maşinistlərlə dispetçerlər arasında rabitə sistemindəki nasazlıq səbəbindən qatarların hərəkəti tamamilə dayanıb.
Oxu.Az xəbər verir ki, bu barədə VG nəşri yazıb.
Nəşr qeyd edib ki, dəmir yolu şəbəkəsinin saxlanmasına cavabdeh olan "Bane NOR" agentliyi problemlərin aradan qaldırılması üçün böhran qərargahı yaradıb, lakin hərəkətin nə vaxt bərpa olunacağı məlum deyil.
Bildirilib ki, norveçlilər digər nəqliyyat növlərindən, o cümlədən taksilərdən istifadə edə və bunun üçün kompensasiya ala bilərlər. Qatarların hərəkətinin dayandırılması bütün gün davam edərsə, ehtiyacı olanlar hotel otaqları ilə təmin olunacaqlar.
"Norveç" teqi üzrə xəbərlər
- Yüzlərlə metr dərinlikdə dünyanın ən uzun sualtı avtomobil tuneli: Norveçdən mühəndislik möcüzəsi
- Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edilib
- Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi
- Norveç XİN nümayəndəsi: "İqlim dəyişikliyindən dolayı daşqınlara məruz qalırıq"
- Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"
Rəylər