"Nvidia"nın keçmiş baş icraçı direktoru Censen Huanqın şirkətin daha bir əməkdaşı ilə nikahdankənar münasibətdə olduğu iddia edilir. Bu, Huanqla münasibətdə olduğu bildirilən üçüncü qadındır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələdən məlumatlı iki mənbəyə istinadən xəbər yayıb. Agentlik qadının adını açıqlamayıb və onunla əlaqə saxlaya bilmədiyini bildirib.
63 yaşlı Censen Huanq Lori Mills Huanqla 40 ildən çoxdur ki, evlidir. Cütlük iki övlad böyüdüb.
Məsələ ilk dəfə oktyabrın sonunda gündəmə gəlib. Həmin vaxt Huanqın onunla eyni soyadı daşıyan çinəsilli iş qadını Elis Huanqla münasibətdə olduğu iddia edilmişdi. Elis Huanq "Nvidia" çiplərinin alıcısı olan Sinqapurun "Megaspeed" şirkətində rəhbər vəzifədə çalışıb.