Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nyu-Yorkda miqrantlara qarşı kütləvi reydlər başlayıb
ABŞ-nin federal hakimiyyət orqanları Nyu-Yorkda qeyri-qanuni miqrantlara qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) qəzeti İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.
Əməliyyatlar yanvarın 28-nə keçən gecə 200-dən çox adamın saxlanıldığı Kuins və Bruklin rayonlarında başlayıb. Reydlər ABŞ Prezidenti Donald Trampın sərt deportasiya siyasətinin bərpası ilə bağlı seçkiqabağı vədinin bir hissəsidir. Mənbələrin bildirdiyinə görə, həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir.
"Məqsəd qeyri-qanuni miqrantlarla əlaqədə olan cinayətkar qrupları sıradan çıxarmaqdır", - ICE-nin anonim mənbəsi bildirib.
"ABŞ-də miqrantlar" teqi üzrə xəbərlər
- Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq
- ABŞ yüzlərlə azərbaycanlını deportasiya etməyə hazırlaşır
- Trampdan Kaliforniya şərab istehsalçılarına ağır zərbə: Sahibkarlar "müharibəyə" hazırlaşırlar
- ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi
- Kolumbiya ABŞ-dən deportasiya olunan vətəndaşlarını qəbul etməyib
Rəylər