Nyu-Yorkun (ABŞ) mərkəzində yerləşən Penn-Steyşn vağzalının binasında bıçaqla hücum nəticəsində beş nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, xəstəxanaya yerləşdirilən zərərçəkənlərdən biri ağır, ikisi isə orta-ağır dərəcəli bədən xəsarətləri alıb. Daha iki nəfərin yüngül xəsarətlər aldığı bildirilir.
Hüquq-mühafizə orqanları şəxsiyyəti müəyyən edilməmiş şübhəlinin saxlanıldığını açıqlayıb.
Qeyd olunub ki, sakinlərə hücum edən şəxs psixi pozğunluqdan əziyyət çəkir.