Keniyanın Respublika azadlıq partiyası paytaxt Nayrobinin küçələrində minlərlə lüt qadın və kişinin iştirakı ilə aksiya keçirməyi planlaşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə StarAfrica xəbər yayıb.
Aksiyanın təşkilatçıları ABŞ prezidenti Barak Obamanın homoseksuallığı açıq və aqressiv şəkildə təbliğ etməsini pisləyirlər.
Aksiya iyulun 22-i və 23-ü Obamanın səfəri öncəsi keçiriləcək. Partiya rəhbəri Kidala Vinsentin sözlərinə görə, aksiya iştirakçıları ABŞ prezidentinə qadınlar və kişilər arasında olan fərqi göstərmək istəyirlər.