Çinin sənaye obyektlərindən birində baş verən faciəli hadisə iş yerində mobil cihazlardan istifadənin təhlükəsini bir daha təsdiqləyib. Belə ki, iş növbəsi zamanı smartfonuna həddindən artıq aludə olan gənc işçi, liftin kabinəsinin olmadığının fərqinə varmayaraq, şaxtanın boşluğuna doğru addım atıb.
Oxu.Az-ın verdiyi məlumata görə, hadisənin baş verdiyi anın videosu sosial şəbəkələrdə yayılıb.
Kadrlardan görünür ki, işçi yük arabasını idarə etsə də başı mobil telefonuna qarışıb. Diqqətsizlik nəticəsində o, ağır avadanlıqla birlikdə liftin şaxtasına düşüb. Zərərçəkən tibbi yardım gəlməzdən əvvəl hadisə yerində aldığı xəsarətlərdən vəfat edib.