Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb
2024-cü il kriptovalyutalarla bağlı haker fəaliyyətində əhəmiyyətli artım olub. Analitiklərin fikrincə, ötən ildə haker hücumları və fırıldaqçılıq nəticəsində kriptoitkilərin ümumi dəyəri 3.01 milyard dolları ötüb.
Oxu.Az xəbər verir ki, bu barədə "PeckShield" kibertəhlükəsizlik şirkəti məlumat yayıb.
Bunun 2.15 milyard dolları (71%) haker hücumları nəticəsində, 834.5 milyon dolları (29%) isə fırıldaqçılar tərəfindən oğurlanıb. Eyni zamanda, təxminən 488.5 milyon dollar dəyərində oğurlanmış kriptovalyutalar geri qaytarılıb.
İndiyədək rekord məbləğ 2022-ci ildə qeydə alınıb - 3.6 milyard dollar; Növbəti ildə isə itkilər 2.61 milyard dollara düşüb.
"Kriptovalyuta" teqi üzrə xəbərlər
- Dünyanın ən böyük üçüncü kriptovalyutası bəlli oldu
- Rusiyanın bir sıra regionlarında kriptovalyuta hasilatına qadağa qüvvəyə mindi
- Hansı kriptovalyutanı alanlar qazanacaq?
- Tramp "PayPal"ın keçmiş rəhbərini "Ağ Evin süni intellekt və kriptovalyutalar kralı" təyin etdi
- "Binance" rəhbəri "Bitcoin"in qiymətinin artmasını şərh etdi
Rəylər