Pakistan ötən gün Sehvan-Şərif şəhərində baş vermiş terror hadisəsindən sonra Əfqanıstanla sərhədini qeyri-müəyyən vaxta bağlayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun rəsmi nümayəndəsi, general-mayor Asif Qafur bildirib.
“Pakistan-Əfqanıstan sərhədinin bağlanılması təhlükəsizlik tədbirləri və terror hadisəsinin araşdırılması məqsədilə həyata keçirilən tədbirdir”, - Pakistan ordusunun press-relizində deyilir.
Dünən gecə Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib. Partlayış nəticəsində 74 nəfər ölüb, 300-dən çox adam yaralanıb.
N.O.
www.oxu.az