Pakistanın Karaçi şəhərində zəif zəlzələ zamanı təxliyə edilən 100-dən çox məhbus həbsxanadan qaçıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Əl Ərəbiyyə" telekanalı rəsmi şəxslərə istinadən məlumat verib.
"100-dən çox məhbus həbsxanadan qaçıb və zəif zəlzələnin ardınca müvəqqəti olaraq kameralardan çıxarıldıqdan sonra baş verən atışmada ən azı bir nəfər öldürülüb", - deyə məlumatda bildirilir.
Polisin məlumatına görə, Sind əyalətində ümumilikdə 216 məhbus qaçmağa cəhd edib, onlardan 78-i tutulub. Bundan əlavə, atışma zamanı bir məhbus öldürülüb, üç təhlükəsizlik əməkdaşı yaralanıb.
