Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Papa Fransiskin üzüyü və möhürü ləğv edildi
Aprelin 21-də vəfat etmiş Roma Papası Fransiskin hakimiyyətinin rəmzləri ləğv edilib.
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, pontifikə məxsus "balıq üzüyü" və möhür bu gün kardinalların iştirakı ilə ləğv edilib.
Rəmzlərin üzərinə xaç işarəsi qoyulmaqla, onlar ləğv edilmiş sayılır.
Qeyd edək ki, mayın 7-də Katolik kilsəsinin 267-ci başçısını seçəcək konklav açılacaq.
Papa Fransiskin üzüyü və möhürü ləğv edildi
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar