Papua-Yeni Qvineyanın şimal sahilləri yaxınlığında 5.7 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytına istinadla xəbər verir.
Bildirilir ki, yeraltı təkanların episentri İndoneziyanın Ambon şəhərindən 522 km şimal-şərqdə yerləşib. Orada 355 minə yaxın insan yaşayır.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.