Papua-Yeni Qvineyada 6.4 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Lorenqau şəhərindən 191 kilometr cənub-şərq istiqamətində yerləşib.
Yeraltı təkanlar təxminən 10 kilometr dərinlikdə baş verib.
İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.
Qaynar xətt:
(055) 224 12 12