Fransanın paytaxtı Parisdə terrora qarşı azadlıq və sülh uğrunda həmrəylik marşı baş tutub.
Respublika marşı Fransada yanvarın 7-9-da törədilmiş terror aktları qurbanlarının xatirəsinə keçirilib.
Fransız hakimiyyətinin məlumatına görə, tədbirə 1,5 milyonadək adam, o cümlədən terror qurbanlarının 17 ailə üzvü qatılıb.
“Fantastik Fransa! Mənə dedilər ki, Parisdə 1,3-1,5 milyonadək adam toplaşıbmış”, - deyə, Fransa parlamentinin üzvü Fransua Lami Tvitterdə yazıb.
Marş sakit şəkildə, heç bir şüar səsləndirilmədən baş tutub.
Azrəbaycanı tədbirdə baş nazirin müavini Əli Əhmədov təmsil edib.