Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçirilən seçkinin yekununa əsasən hakim Vətəndaş Sazişi Partiyasının parlamentdə çoxluq təşkil edəcəyini və hökuməti formalaşdıracağını bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, Paşinyan bu barədə parlamentdə 2025-ci il büdcəsinin müzakirəsi zamanı bildirib.
"Yaxın aylarda bu məsələni müzakirə etmək imkanı olacaq", - deyə baş nazir qeyd edib.
Onun qiymətləndirməsinə görə, iyunun 7-də Ermənistan xalqı öz səsverməsi ilə dövlətin, müstəqilliyin və sülhün müdafiəsinə qalxıb. O iddia edir ki, seçkilər üçbaşlı müharibə partiyasının məğlubiyyəti olub.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Vətəndaş Sazişi Partiyası 49.81% (727 160 səs), "Güclü Ermənistan" bloku - 23.29% (340 062), "Ermənistan" bloku - 9.94% (145 097), "Çiçəklənən Ermənistan" partiyası isə 4% (58 368 səs) səs toplayıblar.
Seçicilərin ümumi sayı isə 1 476 916 nəfər təşkil edib.
Qeyd edək ki, Ermənistanda iyunun 7-də parlament seçkiləri baş tutub. Seçkidə 16 partiya və 2 blok iştirak edib.