Rusiya Pravoslav və Roma Katolik kilsələrinin rəhbərlərinin ilk görüşü fevral ayının 12-də Havanada baş tutub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Moskva və ümumrusiya patriarxı Kirill və Roma Papası Fransisk görüşü qardaş görüşü adlandırıblar.
Patriarx, görüşün nəticələrinin iki kilsənin nümayəndələrinin xristianları qoruyaraq əməkdaşlıq edə biləcəyini göstərdiyini deyib.
Görüşün yekununda 30 müddəadan ibarət on səhifəlik deklarasiya imzalanıb.
İki kilsənin rəhbəri dünya ictimaiyyətini planetdə terror və zorakılığa son qoymaq üçün sıx birləşməyə çağırıblar və qeyd ediblər ki, Suriya və İraqda zorakılıq minlərlə insan həyatını əlindən alıb, milyonlarla insanı evsiz və yaşamaq üçün vəsaitsiz qoyub.
Papa və Patriarx hesab edirlər ki, “qonşu ölkələrdə əziyyət çəkən xalqlara və çoxsaylı qaçqınlara genişmiqyaslı humanitar yardım lazımdır”.