ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə danışıqlarının nəticəsindən razı qalıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri görüşdən sonra jurnalistlərin danışıqların necə keçdiyi barədə sualına "Əla" cavabını verib.
"Əla yerdir. İnanılmazdır. Çin gözəldir", - deyə Tramp bildirib.
Çin Mərkəzi Televiziyası Si Cinpinin Trampla Ukrayna, Yaxın Şərq və Koreya yarımadasındakı vəziyyəti müzakirə etdiyini bəyan edib.
Qeyd olunur ki, liderlər APEC (Asia-Pacific Economic Cooperation - Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) liderlərinin qeyri-rəsmi görüşünün, yəni G20 sammitinin keçirilməsi barədə də razılığa gəliblər.
Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş başa çatıb .
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, iki lider Çin parlamentində görüşüblər. "Tesla" və "Apple" da daxil olmaqla bir neçə aparıcı ABŞ şirkətlərinin rəhbərləri də müzakirələrdə iştirak ediblər.
Danışıqlar iki saatdan bir qədər çox çəkib.
Pekində Çin sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli və beynəlxalq məsələləri, o cümlədən İranla müharibə və ABŞ-nin Tayvana silah satışı məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, bu, son 10 ildə ABŞ prezidentinin Çinə ilk səfəridir. Trampın səfəri üç gün davam edəcək.