“Vogue” dəb jurnalının Meksika versiyasının üz qabığında yaşlı qadınların şəkli yerləşdirilib.Yeni nömrənin ilk səhifəsinin şəkli artq nəşrin saytında peyda olub.
Beş pensiyaçı donda, plaşda və gödəkçələrdə fotorəssam Tanya Franko Klein (Tania Franco Klein) üçün qırmızı divarın fonunda poz veriblər. Üz qabığında şəklin yuxarısında isə redaktorlar “həyat dərsləri” ifadəsini yazıblar.
Beləliklə, nəşrin jurnalistləri “meksikalıların təhsilində böyük rol oynayan” və hazırda koronavirus pandemiyasına görə əhalinin ən zəif təbəqəsi hesab olunan nənələrə minnətdarlığını bildirmək istəyiblər.
Məqalədə, həmçinin virusun yayılmasının qarşısının alınmasına yönəldilmiş bütün ehtiyat tədbirlərinin görülməsinin vacibliyi qeyd edilib.