"Vaşinqtonun Ukrayna böhranının həlli üçün təklif etdiyi sülh planı ətrafında vəziyyət hazırda informasiya başıpozuqluğudur".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hazırda medianın hər xəbərini şərh etmək mümkün deyil. Doğrudan da, çoxlu ziddiyyətli məlumatlar, bəyanatlar dərc olunur.
Kreml Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidəki təmasları ilə bağlı mediada gedən xəbərləri diqqətlə izləyir. Bununla bağlı hələlik heç bir irəliləyiş yoxdur", - deyə Peskov bildirib.
Rusiya rəsmisi qeyd edib ki, Amerikanın Ukrayna münaqişəsinin həlli ilə bağlı planı danışıqlar üçün əsas ola bilər:
"Hazırda substantiv olan yeganə məsələ Trampın layihəsidir. Biz inanırıq ki, bu, danışıqlar üçün çox yaxşı əsas ola bilər. Rusiya lideri Vladimir Putin də bu barədə danışıb".
Peskovun sözlərinə görə, rəsmi Moskva Ukrayna münaqişəsinin həlli üçün yenilənmiş 19 bəndlik sülh planı almayıb:
"Rusiyaya Ukrayna münaqişəsinin həlli üçün Amerika planının layihəsi təqdim edilib. Bu da əsasən Ankoric görüşünün məğzinə uyğundur. Vaxtı çatanda Rusiya ABŞ-nin planını əsaslı şəkildə müzakirə edəcək".