Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Peskov: "Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar çətin gedir"
"Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar kifayət qədər çətin gedir. Belə ki, Moskva və Vaşinqton sülhdən danışarkən, Avropa paytaxtları hərbi əməliyyatların davamına israr edərək "müharibə çalağanları"na çevriliblər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hələlik biz fikrimizi amerikalılarla təmaslarımız üzərində cəmləyirik. Xüsusilə də ona görə ki, məsələ kifayət qədər çətin gedir", - deyə Peskov Ukraynada vəziyyətin nizamlanması səylərini şərh edərkən bildirib.
O vurğulayıb ki, Moskva və Vaşinqton sülhdən danışsa da, Avropa paytaxtları birdən-birə "müharibə şahinləri"nə, "müharibə çalağanları"na çevriliblər və hərbi əməliyyatların davam etdirilməsində israrlıdırlar.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- Peskov Ukrayna ilə gələcək sülh sazişi üzrə memorandumdan danışdı
- Peskov: "Rusiya atəşkəs üçün şərtlərin siyahısını hazırlayıb Ukraynaya ötürəcək"
- Kreml: "Sənədləri Kiyev tərəfindən məhz kimin imzalayacağı vacibdir"
- Kreml: "Putinlə Zelenskinin görüşü mümkündür"
- Putin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak edəcəkmi? - Peskovdan AÇIQLAMA