"İran güclü geosiyasi mövqedədir, ona görə də indi Yaxın Şərqdə münaqişəyə əlverişli şərtlərlə son qoymaq üçün imkan var".
Oxu.Az-ın "Etemad Online" nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Müharibə müəyyən bir məqamda bitməlidir. Ən yaxşısı, onu indi - güclü mövqedə olduğumuz, hörmət gördüyümüz və bütün dünyanın ABŞ-nin qaydalara zidd şəkildə məktəblərimizə, xəstəxanalarımıza və infrastrukturumuza hücum etdiyini vurğulayaq, qələbəmizi tanıdığı bir vaxtda bitirməkdir", - deyə Pezeşkian qeyd edib.
Qaynar xətt:
(055) 224 12 12