Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Plomb dövrü başa çatır: Alimlər çənədə böyüyəcək diş hazırladılar
Böyük Britaniyada yerləşən Kral Kolleci və London İmperial Kollecinin alimləri ilk dəfə olaraq laboratoriya şəraitində insan dişləri yetişdirməyə nail olublar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, onlar dişin inkişaf mühitini təqlid edən xüsusi material yaradıblar. Bu material hüceyrələrə siqnal ötürərək onların diş formalaşdırmasına səbəb olur.
Əgər bu texnologiya gələcəkdə plomblar və ya implantlar əvəzinə istifadə olunsa, həmin material çənəyə bitişəcək və zamanla özünü bərpa edə biləcək. Bu isə stomatologiyada böyük irəliləyiş ola bilər.
Tədqiqatçılar bildirirlər ki, yeni metodun tətbiqi üçün iki mümkün yanaşma var:
1. Laboratoriyada dişin tam yetişdirilməsi və daha sonra xəstənin ağzına transplantasiya olunması.
2. Materialın formalaşmanın erkən mərhələsində birbaşa çənəyə yerləşdirilməsi, beləliklə, diş ağız boşluğunda təbii şəkildə inkişafını davam etdirə bilər.
Alimlərin fikrincə, bu texnologiya gələcəkdə diş bərpası sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər.
"Dişlərin sağlamlığı" teqi üzrə xəbərlər
- Dişləri qıcamaq - Ekspert qorxulu xəstəliyin əlamətindən DANIŞDI
- Dişlər üçün ən faydalı məhsullar açıqlandı
- Dişlərin sızıldamasının gözlənilməz səbəbləri açıqlandı
- Ağıl dişləri: Çıxarmaq, yoxsa saxlamaq? - Stomatoloqun məsləhətləri
- Dişlər üçün zərərli qidaları orqanizmə faydalı etməyin yolları - Mütəxəssis tövsiyəsi