"İnter Mayami"nin hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında "Los Anceles"lə cavab matçında (3:1) komanda yoldaşı Xordi Albanı dişləyib.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, hadisə matçın 89-cu dəqiqəsində iki komandanın futbolçuları arasında düşən dava zamanı baş verib. 38 yaşlı uruqvaylı forvard yanında kimin olduğunu görməyib, nəticədə, komanda yoldaşının barmağını dişləyib.
Bu, Suaresin meydanda oyunçuları dişləməsi ilə bağlı ilk belə fakt deyil. O, müxtəlif vaxtlarda Otman Bakkalı (2010), Branislav İvanoviçi (2013) və Corcio Kyellinini (2014) "dişinə keçirib".
