"İnter Mayami" öz meydanında "Monreal"ı MLS-in müntəzəm çempionatının oyununda 7:1 hesabı ilə darmadağın edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qalib komandanın heyətində 39 yaşlı argentinalı hücumçu Lionel Messi 40, 52, 83 və ikinci hissəyə əlavə olunmuş 6-cı dəqiqədə fərqlənərək dörd qol vurub.
Meydan sahiblərinin digər qollarını Kazemiro (20-ci dəqiqə), Luis Suares (80-ci dəqiqə) və Aleksander Şou (89-cu dəqiqə) vurublar. Qonaqların yeganə qoluna isə Fabian Xerbers (37-ci dəqiqə) imza atıb.
Messi MLS-in cari mövsümündə "İnter Mayami"nin heyətində 19 oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə edib.
Hər iki komanda Şərq Konfransında çıxış edir. "İnter Mayami" 22 oyundan sonra 42 xalla ikinci pillədə qərarlaşıb. "Monreal" isə 22 oyundan sonra 21 xalla turnir cədvəlinin sonuncu - 14-cü pilləsindədir.