Tibet Muxtar Rayonunun (TMR) Qyironq bölgəsində 23 ölkədən olan 261 xarici vətəndaş güclü torpaq sürüşməsi nəticəsində itkin düşüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə TMR administrasiyasının rəhbəri Qama Tszeden bildirib.
Məlumata görə, Avstraliyadan 6, Rusiyadan 3, Böyük Britaniyadan 15, Macarıstandan 1, Almaniyadan 3, Hindistandan 49, İrlandiyadan 2, İspaniyadan 1, Qazaxıstandan 1, Kanadadan 6, Latviyadan 33, Litvadan 1, Malayziyadan 3, Nepaldan 104, Niderlanddan 2, Yeni Zelandiyadan 2, Portuqaliyadan 1, ABŞ-dən 18, Ukraynadan 1, Finlandiyadan 1, Fransadan 2, Estoniyadan 2 və Cənubi Afrika Respublikasından 4 nəfər itkin düşmüş hesab olunur.
Rəsmi məlumatlara görə, Tibet Muxtar Rayonu ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində 16 nəfər həlak olub, daha 546 nəfər itkin düşmüş sayılır.
Çin hökuməti axtarış-xilasetmə əməliyyatlarının və bununla bağlı digər işlərin aparılması üçün 120 milyon yuan (Çin Mərkəzi Bankının cari məzənnəsi ilə təxminən 18 milyon dollar) vəsait ayırıb.