Əfqanıstanın Qilmənd əyalətində polis forması geyinən taliblər polis binasına daxil olaraq hüquq-mühafizə orqanlarının 15 əməkdaşını öldürüblər.
Bu barədə Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, terrorçular bölməyə polis avtomobillərində gəliblər, 14 hüquq-mühafizə orqanlarının əməkdaşını öldürərək onların silahlarını götürüblər.
Taliblər güc strukturlarının daha bir əməkdaşını isə nəzarət keçid məntəqəsində güllələyiblər.