Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Polşa ordusu hazır vəziyyətə gətirildi - SƏBƏB
Polşa Rusiya aviasiyasının fəallığı ilə əlaqədar hərbi təyyarələri havaya qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, Rusiyanın Ukraynanın qərbindəki hərbi aktivliyi ilə əlaqədar Polşa hava məkanında hərbi aviasiya fəaliyyətə başlayıb.
Qeyd olunub ki, Polşa ordusu yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyat sistemlərini də hazır vəziyyətə gətirib.
Polşa Silahlı Qüvvələri bu tədbiri sonuncu dəfə fevralın 1-də tətbiq edib.
"Polşa" teqi üzrə xəbərlər
- "Radomyak" klubunun baş məşqçisi: "Renat Dadaşov güclü və döyüşkəndir"
- Polşa Ukrayna üçün nəzərdə tutulan 91 milyon avronu xərcləyib
- Rusiya Estoniyanı işğal etsə, NATO nə edəcək?
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI - Şərikli biznes qurubmuş
Ən çox oxunanlar