Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Polşa Rusiyadan qorunmaq üçün nüvə silahı istəyir
"Polşa Fransanın "nüvə çətirindən" istifadə edərək Rusiyadan gələ biləcək mümkün təhlükədən müdafiə yollarını axtarmalıdır, bununla belə Varşava ABŞ-nin nüvə silahından istifadə etmək imkanı üçün çağırışlarını davam etdirəcək".
Oxu.Az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Hesab edirəm ki, hər iki həll variantını qəbul edə bilərik", - deyə o bildirib.
Dudanın sözlərinə görə, bunda heç bir ziddiyyət yoxdur.
Xatırladaq ki, Baş nazir Donald Tusk mart ayında parlamentdə Polşanın nüvə silahına çıxış əldə edə biləcəyini və Fransa Prezidenti Emmanuel Makronun avropalı müttəfiqlərini müdafiə etmək üçün Parisin nüvə imkanlarından istifadə etmək təklifi ilə bağlı ciddi danışıqlar apardığını bildirmişdi.
"Nüvə silahı" teqi üzrə xəbərlər
- ABŞ alimləri Rusiya ilə müharibə vəziyyətində nüvə qışının ssenarisini hazırlayıblar
- ABŞ Qəzza zolağında nüvə silahından istifadə edəcək? - Təklif irəli sürüldü
- ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
- Avropa və ABŞ nüvə silahı ilə yeni dünya müharibəsinə hazırlaşır
- İsrailin mayda İrana zərbə endirmək planına ABŞ-dən gözlənilməz CAVAB