Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynov dəfn olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onun ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Mübariz Hüseynov 30 may 1970-ci ildə Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl-Şəfəq kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Mübariz Hüseynov 23 oktyabr 1993-cü ildə Cəbrayıl şəhərində itkin düşmüşdü.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynovla vida mərasimi keçirilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Mübariz Hüseynov 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl-Şəfəq kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.