Ukrayna silahlı münaqişəni daha üç il müddətinə davam etdirməyə hazırlaşır.
Oxu.Az "Reuters"ə istinadla xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib.
O deyib: "Ukraynalılar bu münaqişəni daha üç il davam etdirməyi planlaşdırırlar. Bu da məntiqidir. Biz də bu xətti ən azı üç il davam etdirməyə hazırıq".