"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Qarabağ və Şərqi Zəngəzur ərazilərində bütün şəhərlərin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində mərhələli işlər görür".
Bunu Oxu. Az-a açıqlamasında qurumun mətbuat katibi Vaqif Aydınoğlu deyib.
O bildirib ki, torpaqlarımız işğaldan azad olunduğu vaxtdan paralel olaraq "Azərişıq" ASC ərazilərin elektrik enerjisi ilə təmin edilməsinə başlayıb:
"Həmin vaxtdan etibarən bizdən tələb olunan bütün işlər görülür, ərazilər elektrik enerjisi ilə təmin edilir. Biz əsasən azad olunan şəhərlərin Baş planına uyğun olaraq işlər görür, həmin plana uyğun olaraq yaşayış və qeyri-yaşayış obyektlərini elektrik enerjisi ilə təmin edirik".
Samir Əli