Venesuela neftin qiyməti ucuzlaşdığına görə büdcə xərclərini azaldacaq.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro noyabrın 28-də dövlət televiziyasının efirində bəyan edib.
Dövlət rəhbərinin sözlərinə görə, Venesuelada dövlət xərclərinin bölüşdürülməsi və azaldılması ilə məşğul olacaq xüsusi komissiya təşkil ediləcək. İlk növbədə isə Maduro özünün, yüksək vəzifəli məmurların, o cümlədən nazir və onların müavinlərinin eləcə də dövlət şirkətlərinin rəhbərlərinin maaşlarının azaldılmasını düşünür.
Eyni zamanda Maduro sosial xərclərin azaldılmayacağını, ərzaq və tikinti mallarının subsidiyalaşdırılmayacağını planlaşdırılmadığını söyləyib.
“Mən xalqımıza, Venesuelada uşaqların dərs buraxmayacağını, Venesuelada sosial vəsaitin və ərzaq çatışmazlığının olmayacağına zəmanət verirəm” – prezident deyib.
Venesuelanın daxil olduğu OPEK-in neft hasilatının azaldılmasına etiraz etməsindən sonra Venesuela neftinin bir barelinin qiyməti 70 dollardan da uzuc olub. Daha öncə Maduro bəyan etmişdi ki, neftin ədalətli qiyməti bir barel üçün 100 dollardır və Venesuela qiymətin bu səviyyəyə qalxması üçün mübarizə aparacaq.